GEO

AZE

MAIL

+995 593 20 42 22

+994 70 230 40 06

motechpost@gmail.com

Motion Technology  şirkəti, cənubi Qafqaz regionunda aşağıda qeyd olunan şirkətlərin, rəsmi nümayəndəsidir:

İtaliyan şirkəti “CHIORINO” 1906 - cı ildə qurulub. Hazırda şirkət - PVC, PU konveyer lentləri, müxtəlif tipli gücötürən (transmision), dişli və ya xüsusi tipli qayışları, istehsal edən dünyada aparıcı istehsalçı şirkətlərindən biridir. Yüksək keyfiyyət və uyğun qiymət –  şirkətin ticarət nişanıdır.

“MaxBelt”  Polşa şirkəti– Polad, plastik, aluminium materiallarından hər cür dişli çarxları (şkivləri) istehsal edir. Şirkət öz yüksək keyfiyyətlı məhsulu ilə tanınır.

“FlexLink”, İtaliyan şirkəti -  konveyerlərin və konveyer sistemlərinin istehsalında dünyada liderlərdən biridir.

şirkət, istenilən böyüklükdə olan istehsalat müəssisənin, ambarını və ya terminalıni, konveyer sistemləri ilə və onların avtomatlaşdırılması üçün idarəetmə proqram məhsulları ilə təmin etmək gücünə malikdir.

„Minebea Intech” Alman şirkəti – 150 ildən çox olan təcrübəyə əsaslanır, sənayə tərəzilərinin və nəzarət avadanlıqlarının aparıcı istehsalçısıdır. Şirkətin məhsulu emaledici sənayə üçün nəzərdə tutulub. İstehsalat və qablaşdırma xətlərinin etibarlılığını, təhlükəsizliyini və səmərəliliyini artırmağa imkan verir.

“Motion Technology“ Gürcüstan şirkəti – müxtəlif tipli konveyerləri, barbotaj yuyucu maşınları və digər məhsulları istehsal edir. İstehsal etdiyi avadanlıqlar: qida sənayəsində, əzcaçılıqda, tütün və kənd təsarüfatı məhsulların emaledici müəssisələrində istifadə olunur, ambarların və terminalların avtomatlaşsırılmasını təmin edir.

Türkiyənin I-Mak şirkəti, 1973-cü ildən elektrik mühərrikləri və reduktorları istehsal edir. I-Mak, müştərilərinə 500.000-dən çox çeşiddə məhsulu, eyni zamanda müxtəlif istehsal avadanlıqları üçün ən yaxşı texniki həllini təklif edir.

Bizim əməkdaşlıq etdiyimiz hər bir şirkət, öz fəaliyyət sahəsində liderdilər.

Onların istehsal etdiyi məhsullar,  qida sənayəsində, spirtli və spirtsiz içkilərin istehsalında, kənd təsərrüfatında, əzcaçılıqda, soyuducularda, tipoqrafiyalarda, kağız,  karton və qablaşdırma materialların istehsalında, hava limanlarında, anbarlarda, poçt terminallarında və istehsalın avtomatlaşdırılması üçün vacib olan bir çox yerlərdə, istifadə olunur.